Pakistan ordusu əməliyyat keçirib: 22 silahlı zərərsizləşdirilib

Baş səhifə

Bakı. Trend:

Pakistanın təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatı əsasında
keçirdiyi əməliyyat zamanı silahlı dəstənin 22 üzvünü
zərərsizləşdirib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, əməliyyat ölkənin şimal-qərbindəki Xeybər
Paxtunxva əyalətinin Bannu rayonunda keçirilib.

Pakistan ordusunun açıqlamasında bildirilir ki, təhlükəsizlik
qüvvələri yaraqlıların sığınacağına atəş açıb və intensiv atışma
nəticəsində dəstə üzvləri məhv edilib.