TDT ölkələri QHT-nin Platforması təsis olunub

Baş səhifə

Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin qeyri-hökumət təşkilatlarının Platforması təsis olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları forumu işini Naxçıvanda davam etdirib.

Forumda Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-nin Platforması təsis edilib.

Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırki sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən qeyri-hökumət təşkilatları birləşib.