Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb

Baş səhifə
Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bununla Xanyurdu kəndinə qayıdan ailələrin sayı 110-a (378 nəfər) çatıb.

Xocalı rayonuna yola salınan növbəti köç Xanyurdu kəndinə çatıb.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xanyurduna 11 ailə (38 nəfər) köçürülüb.