
Bakı. Trend:
Ötən gün Bakı TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik
forumuna ev sahibliyi edib.
Trend xəbər
verir ki, forum işini noyabrın 25-də Naxçıvan şəhərində davam
etdirir.
Forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin
Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri
düzüblər.
Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrin
QHT-lərinin Platforması təsis ediləcək, “WUF13-ə doğru – Türk
dünyasında ilk” mövzusunda panel müzakirə keçiriləcək.
Qeyd edək ki, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasına
rəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərini
birləşdirəcək.


