
Bakı. Trend:
Dələduzluqda təqsirləndirilən Mirheydər İsmayılov və onunla
birgə ittiham edilən digər şəxslərin sonuncu məhkəmə prosesi
keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılov 8 il, Murad
Həziyev 10 il 6 ay, Emil Rəsulov, Samir İbrahimov, Zamiq
Əbdürrəhmanov, Murad Həziyev 1 il sınaq müddəti olmaqla şərti cəza
verilib.
Səbinə İsmayılovaya cəza təyin edilməyib.
Qeyd edək ki, təqsirləndirlən şəxslər Cinayət Məcəlləsinin
178.4-cü ( Dələfuzluq, xüsusilə külli-miqdarda törədildikdə)
maddəsi ilə ittiham edilib.


