“Qarabağ” İtaliyada “Napoli” ilə qarşılaşacaq

Baş səhifə

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, “Qarabağ” İtaliyada “Napoli” ilə üz-üzə gələcək.

“Dieqo Armando Maradona” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Qeyd edək ki, ilk 4 turdan sonra 7 xalı olan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü sırada yer alıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.