“Air Serbia” Belqrad–Bakı birbaşa uçuşları üçün danışıqların son mərhələsindədir

Baş səhifə

Bakı. Trend:

Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” gələn ilin yayında
Belqrad və Bakı arasında birbaşa uçuşların açılması ilə bağlı
Azərbaycanla danışıqların son mərhələsindədir.

Trend xəbər verir
ki, məlumatı aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın Radio
Televiziyasına (RTS) açıqlayıb.




O bildirib ki, “Air Serbia” Avropada şəbəkəsini genişləndirməyi
və yeni istiqamətlər açmağı planlaşdırır. “Tiflisdəki uğurumuzdan
sonra Bakıya növbəti marşrutumuzu işə salmaq üçün danışıqların son
mərhələsindəyik. Tezliklə qərar veriləcək. Biz həmçinin Yaxın Şərq
istiqamətini də nəzərdən keçiririk”, – deyə İrji Marek əlavə
edib.

Baş direktor noyabrın əvvəlində Astanadan Belqrada birbaşa
uçuşlar açan Qazaxıstanın “SCAT” aviaşirkəti ilə əməkdaşlığı və
gələn ilin aprelində İordaniyanın “Royal Jordanian Airlines”
aviaşirkəti ilə Əmmandan reyslərin başlanması planlarını da
xatırladıb.