Moskvada “Çeryomuşki” çörək zavodunda yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Moskvada “Çeryomuşki” çörək zavodundan yanğın başlayıb.

Trend xəbər verir
ki, yanğın 100 kvadratmetr sahəni, o cümlədən avadanlıqları və
ventilyasiya şaxtasını əhatə edib.




Məlumata görə, zavod Rusiya paytaxtının əsas çörək və un
məmulatları istehsalçılarından biridir. Müəssisənin Moskva
bazarındakı payı təxminən 10 faiz təşkil edir və ölkədə sahəsi üzrə
ən böyük 10 zavoddan biridir.

Yanğın artıq söndürülüb, xəsarət alanlar barədə məlumat
yoxdur.