Ukraynanın bərpası fondu üçün dondurulmuş Rusiya aktivlərindən təxminən 100 milyard dolların ayrılması ilə bağlı bənd ABŞ-nin sülh planı layihəsinin son versiyasından çıxarılıb.
“Report”un “Bloomberg”ə və Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, bu qərar Avropa rəsmilərində nikbinlik yaradıb.
İlkin planda nəzərdə tutulurdu ki, ABŞ bu aktivlərdən əldə olunan mənfəətin 50 %-ni götürəcək, istifadə olunmamış vəsaitlər isə Rusiya-Amerika investisiya fonduna yönəldiləcək.
Avropa İttifaqı ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə üçün hüquqi mexanizmlər axtarmağa davam edirlər. Bu aktivlərin böyük hissəsi – 200 milyard avrodan bir qədər çoxu – Belçikada “Euroclear” platformasında bloklanıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

