Bakıda binada yanğın başlayıb

Baş səhifə
Bakıda binada yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

MƏLUMAT YENİLƏNİR …