Taksi sürücüsü adı altında narkokuryerlik edən şəxslər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, naməlum şəxsin gündüz saatlarında zərərçəkənə
məxsus mağazadan 600 manat pul vəsaitini açıq talama yolu ilə ələ
keçirməsi barədə polisə məlumat daxil olub.




Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri
tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də
eyni talama cinayətlərinə görə məhkum edilmiş 37 yaşlı Faniz
Səfərov saxlanılıb. Onun obyektdən əldə etdiyi pulları hadisədən
sonra necə sayması da təhlükəsizlik kameraları vasitəsilə
görüntülənib.

Bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə
narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı
Bəhruz Əliyev də saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış
zamanı 1 kiloqramdan artıq marixuana və psixotrop maddə
metamfetamin aşkarlanıb. B.Əliyev ifadəsində taksi sürücüsü
görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran
vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaqdoldurma
məntəqələrinin birindən götürdüyünü və çoxsaylı bükümlərə ayıraraq
satmağı planlaşdırdığını bildirib.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.