
Bakı. Trend:
Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək
avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min
manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən
tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21
yaşlı E.Qulamov saxlanılıb.
Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus
“Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha
sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə
onun da pulunu ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.


