
Pakistanın Pişəvar şəhərində silahlı dəstə və terrorçu-kamikadze federal polis ofisinə hücum edib.
“Report” xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.
Kamikadze kompleksin girişində partlayıcı qurğunu işə salıb. Daha sonra baş verən atışma zamanı təhlükəsizlik qüvvələri iki yaraqlını zərərsizləşdirib və ərazini tam mühasirəyə alıb.
“Reuters”in məlumatına görə, hücum nəticəsində ən azı üç nəfər həlak olub. Yerli məmurun sözlərinə görə, hücum edənlərdən biri federal polis qərargahının ərazisinə girə bilib.
Ordu və polis qüvvələri də daxil olmaqla xüsusi bölmələr ərazinin təmizlənməsi əməliyyatını həyata keçirir. Binanın içində daha bir neçə terrorçunun olduğu ehtimal olunur.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


