
“Arsenal” İngiltərə Premyer Liqasının XII turunun oyununda “Tottenhem”i 4-1 hesabı ilə məğlub edbi.
“Report”un məlumatına görə, oyun “Arsenal”ın ev stadionunda baş tutub.
Qaliblərin heyətində Leandro Trossard (36-cı dəqiqə) və Ebereçi Eze (41, 46, 76-cı dəqiqələr) fərqləniblər. “Tottenhem”in yeganə qolunu Rişarlison vurub (55).
“Arsenal”ın 29 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir. “Tottenhem” 18 xalla doqquzuncu yerdə qərarlaşıb.
“Arsenal” növbəti turda 30 noyabrda turnir cədvəlində 23 xalla ikinci olan “Çelsi” ilə səfərdə oynayacaq. “Tottenhem” isə 29 noyabrda “Fulhem”i qəbul edəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


