Bakı. Trend:
Avropanın Ukrayna böhranının həlli ilə bağlı Amerika
təkliflərinə qarşı əks-planı Ukrayna Silahlı Qüvvələrinin və
Ukraynanın müdafiə sənayesinin həcminin məhdudlaşmayacağını nəzərdə
tutur.
Trend-in
məlumatına görə, bu barədə “The Daily Telegraph” qəzeti sənədə
istinadən xəbər verib.
24 maddəlik Avropa planında qeyd edilib ki, “münaqişənin hər iki
tərəfi havada, quruda və dənizdə heç bir şərt qoyulmadan hərbi
əməliyyatların tamamilə dayandırılmasına öhdəlik götürür” və ərazi
danışıqları mövcud təmas xəttinə əsasən başlamalıdır.
Tərəflərin dərhal “ABŞ və Avropa ölkələrinin iştirakı ilə
atəşkəs monitorinqinin texniki tətbiqi ilə bağlı danışıqlara
başlamaq” barədə razılığa gəlmələri təklif olunub. Monitorinqin
özünün ABŞ-nin rəhbərliyi altında, “əsasən uzaqdan – peyklərdən,
dronlardan və digər texnoloji vasitələrdən istifadə etməklə –
ehtimal edilən pozuntuları araşdırmaq üçün çevik yerüstü
komponentlə” həyata keçirilməsi ehtimal edilib.
Avropa planına görə, Ukrayna Şimali Atlantika Müqaviləsinin
kollektiv müdafiə prinsipini təsbit edən 5-ci maddəsinin ruhuna
uyğun olaraq “ABŞ-dən da daxil olmaqla, güclü, hüquqi cəhətdən
məcburi təhlükəsizlik zəmanətləri” almalıdır.

