Bakı. Trend:
Danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri və Ukrayna
prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak
Cenevrədə Amerika nümayəndə heyəti ilə ilk görüşü məhsuldar
adlandırıb.
Trend-in
məlumatına görə, bu barədə A.Yermak öz “Telegram” kanalında
yazıb.
“Cenevrədə Amerika nümayəndə heyəti ilə danışıqların ilk
sessiyası bu yaxınlarda başa çatıb. Təsdiq etmək istəyirəm:
hörmətli Amerika nümayəndə heyəti ilə çox məhsuldar ilk görüşümüz
olub. Çox yaxşı irəliləyiş əldə etdik”, – deyə o bildirib.
O, yaxın gələcəkdə ikinci görüşün keçiriləcəyini açıqlayıb.
“Bu gün tezliklə ikinci görüş keçiriləcək və orada avropalı
tərəfdaşlarımızın iştirakı ilə ortaq təkliflər üzərində işləməyə
davam edəcəyik”, – deyə o əlavə edib.

