İran əleyhinə qətnamə vəziyyəti daha da mürəkkəbləşdirəcək – İran XİN sözçüsü

Baş səhifə

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında
İran əleyhinə qətnamənin irəli sürülməsi vəziyyəti daha da
mürəkkəbləşdirəcək.

Trend-in
məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat
katibi İsmayıl Bəqai bu gün (23 noyabr) Tehranda keçirilən mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, Direktorlar Şurasının qətnaməsi Atom
Enerjisi üzrə Beynəlxalq Agentliyin və BMT Təhlükəsizlik Şurasının
prosedurlarına ziddir və problemi həll etməyəcək.




Bəqai bildirib ki, bu qətnamədə heç bir xoşməramlılıq yoxdur.
Qətnamədə ABŞ və İsrailin İranın dincməqsədli nüvə obyektlərinə
qarşı qanunsuz hücumlara heç bir münasibət bildirilməyib.

Qeyd edək ki, 20 noyabrda Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin Direktorlar Şurasında qəbul olunan qətnamədə İrandan
60%-lik zənginləşdirilən uran ehtiyatları haqda dəqiq məlumatları
agentliyə verməsi, İranın nüvə obyektlərinə baxış keçirmək üçün
şərait yaratması istənilib.