Bakı. Trend:
Argentinada demokratiyanın bərpasından bəri ilk dəfə ölkənin
müdafiə nazirliyi hərbi zabitə tapşırılır.
Trend xəbər verir
ki, yeni müdafiə naziri Ordu Baş Qərargahının hazırkı rəisi
general-leytenant Karlos Alberto Presti olacaq.
Prezident Administrasiyasının məlumatına görə, Presti vəzifəsinə
təyin olunmaq üçün hazırkı postundan ayrılacaq.
O, 1983-cü ildən sonra müdafiə nazirliyinə rəhbərlik edəcək ilk
hərbi zabit olacaq.

