Azərbaycan şahmatçıları yarımfinalda heç-heçə edib

Baş səhifə

Bakı. Trend:

İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatının
yarımfinal mərhələsində Azərbaycan qadın şahmat yığması Qazaxıstan
komandası ilə qarşılaşıb.

Trend-in
məlumatına görə, tərəflər iki oyun keçirib və hər iki görüş 2:2
hesabı ilə başa çatıb.

Qalib müəyyən olunmadığı üçün finala vəsiqə sabah keçiriləcək
taybreyk oyununda bəlli olacaq.




Yığmanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva,
Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış
ediblər. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də yekunlaşacaq.