
12 yaşında görmə qabiliyyətini itirən Baba Vanqanın sağlığında bir çox proqnozlar verməsi hələ də maraq və mübahisələrə səbəb olur.
Metbuat.az xarici KİV-ə istinadən xəbərinə görə, o, 1996-cı ildə vəfat etsə də, onun peyğəmbərlikləri heyrətamiz dərəcədə aktuallığını qoruyur. 2026-cı il üçün proqnozları üzə çıxıb.
Baba Vanqaya görə 2026-cı il insanlıq üçün həm sarsıdıcı, həm də dəyişdirici hadisələrə səhnə ola bilər. Ən çox müzakirə olunan iddialardan biri isə dünya dışı həyatla təmas məsələsidir. Belə ki, 2026-cı ilin noyabr ayında nəhəng bir kosmik gəmi Yer atmosferinə daxil olacaq və bəşəriyyət tarixində ilk dəfə başqa bir sivilizasiya ilə əlaqə qurulacaq.
Bu fikri dəstəkləyənlər 2025-ci ildə Yerə yaxın keçmiş 3I/ATLAS adlı ulduzlararası cismi göstərirlər. Artan UFO xəbərləri də bu iddianın əsasları arasında qeyd olunur.
Ön plana çıxan digər qaranlıq mənzərə isə təbii fəlakətlərdir. Vanga 2026-cı ildə güclü zəlzələlərin, vulkan püskürmələrinin və ekstremal hava hadisələrinin dünyanı sarsıdacağını irəli sürüb. İddialara görə, bu fəlakətlər planetin quru səthinin təxminən səkkiz faizini əhatə edəcək. Son illərdə Avropada qeydə alınan rekord istilər, Kanada və Avstraliyadakı meşə yanğınları, Asiyada baş verən dağıdıcı zəlzələlər bu kehanəti dəstəklədiyi düşünülən nümunələr kimi göstərilir.
Tibbi sahə ilə bağlı proqnozlar isə həm ümidverici, həm də diqqətçəkicidir. Baba Vanqaya görə, 2046-cı ildə süni orqanların kütləvi istehsalına başlanacaq və 2026-cı il bu sahədə əsas addımların atıldığı bir il ola bilər.
Son illərdə Massachusetts General Hospital-ın genetik olaraq dəyişdirilmiş donuz böyrəklərini yaşayan xəstələrə uğurla köçürməsi kimi nailiyyətlər bu ehtimalı gücləndirir. Bundan əlavə, Vanga 2026-cı ilin xərçəngdə erkən diaqnostika baxımından dönüş nöqtəsi olacağını da bildirib. Xüsusilə fərqli xərçəng növlərini təkcə qan nümunəsi ilə müəyyən etməyi hədəfləyən MCED testlərinin geniş yayılması, səhiyyə sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir.
Dünya siyasətinin gələcəyi də Vanganın proqnozlarında mühüm yer tutur. Onun fikrincə, 2026-cı il qlobal gərginliklərin zirvəyə çatdığı bir dövr ola bilər. Şərqlə Qərb arasında siyasi və hərbi gərginliyin təhlükəli şəkildə artması və genişmiqyaslı qarşıdurmalara səbəb olması ehtimali vurğulanır.
Bəzi insanlar Vanganın “insanlığın tənəzzülünün 2025-ci il ətrafında başlayacağı” iddiasını bu mənzərə ilə əlaqələndirirlər. Bununla belə, Vanga dünyanın sonunun 5079-cu ildən əvvəl gəlməyəcəyini də deyib ki, bu da ən azından böyük bir məhvolma ehtimalına qarşı uzun bir zamanın olduğunu xatırladır.

