Vyetnamda sel və sürüşmələr nəticəsində ölənlərin sayı 55-ə çatıb

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Vyetnamda güclü yağış, sel və topaq sürüşmələri
nəticəsində həyatını itirənlərin sayı 55-ə çatıb, 13 nəfər isə
itkin düşüb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, hökumətin məlumatına görə, iqtisadi
zərər təxminən 8,98 trilyon dong (341 milyon ABŞ dolları)
səviyyəsindədir.




Həmçinin 235 000-dən çox ev su altında qalıb, təxminən 80 000
hektar əkin sahəsi zərər görüb.