İran hökuməti meşə yanğınları ilə beynəlxalq yardım çağırışı edib

Baş səhifə

Bakı. Trend:

İranın şimalındakı Hirkani meşələrində günlərdir davam edən
böyük miqyaslı yanğın, Mazandaran əyalətinin Marzanabad bölgəsində
yerləşən Elit dağlıq ərazisində yenidən şiddətlənib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bunun fonunda İran hökuməti
beynəlxalq yardım çağırışı edib.




Yanğının söndürülməsinə yerli yanğınsöndürənlər, ətraf mühit
mühafizəçiləri, Bəsic könüllüləri və dağçılardan ibarət qruplar
cəlb olunub. Güclü külək və qurumuş bitki örtüyü alovun sürətlə
yayılmasına şərait yaradır. Bildirilir ki, bölgədə məhdud sayda
helikopterdən istifadə mümkündür.

İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpenah yanğının
nəzarət altına alınmaması fonunda dost ölkələrdən təcili yardım
istədiklərini açıqlayıb.