
Bakı. Trend:
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva və Alena Əliyeva Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi internat məktəbində olublar.
Trend xəbər
verir ki, əvvəlcə məktəbin şagird və müəllimləri ilə birlikdə
tarixi Zəfərin 5 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə
baxış keçirilib.
Sonra sinif otaqlarında, məşğələ və istirahət otağında uşaqların
asudə vaxtının səmərəli təşkili prosesləri izlənilib.
Qeyd edək ki, regional xarakter daşıyan və cənub bölgəsində
yeganə olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat
məktəbində autizm və Daun sindromlu, o cümlədən əqli inkişafdan
geri qalan uşaqların mütəxəssislər tərəfindən həm təhsil almaları,
həm də reabilitasiya prosesi təmin edilir. Həmin uşaqların məktəbdə
qalması üçün də şərait yaradılıb ki, 34 uşaq bu imkandan
yararlanır.


