FİFA Türkiyə klubunu cəzalandırdı

Baş səhifə

Bakı. Trend:

FİFA Türkiyənin “Adana Demirspor” klubunu cəzalandırıb.

Trend xəbər
verir ki, dünyanın ali futbol qurumunun İntizam Komitəsi belə qərar
qəbul edib.




Qərara əsasən, 1-ci liqa təmsilçisinin 6 xalı silinib. Türkiyə
Futbol Federasiyasının yaydığı məlumatda bildirilib: “FİFA-nın
İntizam Komitəsi “Adana Demirspor” klubuna 1 fayla görə 6 xal
silinməsi cəzası tətbiq edib”.

Nəticədə “Adana Demirspor”un xallarının sayı 23-ə enib. Hazırda
komanda 1-ci liqanın turnir cədvəlində sonuncu – 20-cidir.