COP30-un razılaşma mətni qəbuledilməzdir – Avropa komissarı

Baş səhifə

Bakı. Trend:

COP30-un Belemdə başa çatmasına bir neçə saat qalmış iqlim üzrə
Avropa komissarı Vopke Hoekstra vəziyyətin son dərəcə narahatedici
olduğunu bildirib.

Trend xəbər
verir ki, Avropa İttifaqı mövcud layihə mətninin istixana qazı
emissiyalarının azaldılması baxımından yetərli olmadığını
bildirib.

“Hazırda masada olan mətn qəbuledilməzdir. Lazım olan yerdən bu
qədər uzaq olduğumuza görə, təəssüf ki, sammitin razılaşma olmadan
bitməsi real ehtimaldır”, – deyə Hoekstra əlavə edib.




O diqqətə çatdırıb ki, bu mətn məyusedicidir:

”Layihədə fosil yanacaqlar haqqında heç bir qeyd yoxdur: nə
onların mərhələli şəkildə dayandırılmasından, nə də bunun üçün
tələb olunan “yol xəritəsi”ndən. Halbuki Avropa, Latın Amerikası və
ada ölkələri daxil olmaqla 80-dən çox ölkə bunun mətnə daxil
edilməsini tələb edir”.