
Ukrayna Prezidenti Volodimri Zelenski müharibənin başa çatdırılması ilə bağlı danışıqların fəallaşması fonunda bu gün ABŞ-nin vitse-prezidenti Cey Di Venslə telefon danışığı aparıb.
“Report”un məlumatına görə, bunu AFP Ukrayna prezident administrasiyasındakı mənbələrə istinadən xəbər verib.
Telefon danışığı ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


