Bakı. Trend:
ABŞ-nin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladığı 28
maddəlik plan Ukrayna və Rusiya arasında təcili müzakirə
olunmalıdır.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər
naziri Yohann Vadeful Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər
Nazirləri Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında
deyib.
O, bunu yekun plan kimi dəyərləndirmədiyini qeyd edib və ABŞ-nin
hər iki tərəfi danışıqlar masasına gətirməyə yönəlmiş səylərini
məmnuniyyətlə qarşıladığını söyləyib.
Vadeful, Almaniyanın mövqeyinin bu məsələdə Avropanın mövqeyi
olduğunu vurğulayıb.

