Azər Həşimov: “Güman edirəm ki, “Karvan-Yevlax” Premyer Liqada qalacaq”

Baş səhifə
Azər Həşimov: Güman edirəm ki, Karvan-Yevlax Premyer Liqada qalacaq

“Karvan-Yevlax” Premyer Liqada qalacaq.

“Report” xəbər verir ki, bunu “Karvan-Yevlax” klubunun baş məşqçisi Azər Həşimov deyib.

Mütəxəssis Misli Premyer Liqasının XII turunda “Kəpəz”ə məğlub olduqları matçla (1:2) bağlı fikirlərini bölüşüb:

“İkinci dövrənin ilk oyunu idi. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirdik. Çox təəssüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, “Karvan-Yevlax” Premyer Liqada qalacaq”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Yevlax təmsilçisi 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.