
Polşanın Baş naziri Donald Tusk Rusiya-Ukrayna münaqişəsinin həllinə dair bütün danışıqların Ukraynanın iştirakı ilə aparılmalı olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Polşaya aid qərarları polşalılar verəcək və bizim iştirakımız olmadan heç bir qərar qəbul edilməyəcək. Ukraynada sülh məsələsinə gəlincə, danışıqlar Ukraynanın özünün iştirakı ilə aparılmalıdır”, – o vurğulayıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


