BERNAMA: Süni intellekt auditoriya üçün doğru narrativi formalaşdırmağa kömək edir

Baş səhifə
Malayziya nümayəndəsi: Süni intellekt auditoriya üçün doğru narrativi formalaşdırmağa kömək edir

Süni intellekt doğru və dəqiq narrativi auditoriyaya çatdırmağa kömək edir.

“Report”un məlumatına görə, bu barədə Malayziyanın Milli İnformasiya Agentliyinin (BERNAMA) kommersiya departamentinin rəhbəri Mastura Hassan Bakıda keçirilən D-8 Media Forumunda bildirib.

Onun sözlərinə görə, BERNAMA təkcə dövlət qurumları ilə deyil, həm də korporativ sektorla fəal şəkildə əməkdaşlıq edərək şirkətlərin imicini formalaşdırmağa və onların fəaliyyətinin düzgün başa düşülməsini təmin etməyə kömək edir. Eyni zamanda, süni intellekt müasir auditoriya ilə işdə əsas alətlərdən birinə çevrilib.