Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin noyabrın 250-də keçiriləcək növbəti plenar
iclasının gündəliyi açıqlanıb.

Trend xəbər
verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası
Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən
qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası
Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin
vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı
Hökuməti arasında diplomatik pasport sahiblərinin viza
tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası
Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza
tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.

5. “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası
Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin
viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau
Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi
pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında
Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.




7. “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası
Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza
tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.

8. “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası
Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı
mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.

9. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş)
.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat
haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci
oxunuş)
.

11. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).

12. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf
mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

14. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci
oxunuş).