
Misli Premyer Liqasının XII turunda “Kəpəz” “Karvan-Yevlax”a qalib gəlib.
“Report”un məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan turun açılış matçında qonaqlar 2:1 hesablı qələbəyə sevinib.
Hesabı “sarı göylər”dən Luis Paçu açıb. O, 14-cü dəqiqədə başla dəqiq oynayıb. 31-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşib. Araz Abdullayev topu qapıçı Yusif İmanovun ayaqları arasından tora göndərib. Gəncəlilərin qələbə qolunu isə Rauf Hüseynli vurub. Futbolçu 76-cı dəqiqədə kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Kəpəz” turnir cədvəlində sonuncu pillədən qurtularaq onuncu sıraya yüksəlib. “Karvan-Yevlax” isə 5 xalla onikinci pilləyə “yuvarlanıb”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


