Lənkəranda “Böyük Bazar”da baytar nəzarətindən keçməyən ətlərin satışının qarşısı alınıb

Baş səhifə
Lənkəranda Böyük Bazarda baytar nəzarətindən keçməyən ətlərin satışının qarşısı alınıb

Lənkəranda “Böyük Bazar” ərazisində ət satışı məntəqələrində monitorinq keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində yerləşən ət satışı məntəqələrində monitorinq keçirilib.

Baxış zamanı fiziki şəxs Ağayev Anar İbrahim oğluna və Axundov İlqar Əlişirvan oğluna məxsus məntəqələrdə ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.

Faktla bağlı fiziki şəxslər barəsində inzibati protokol tərtib edilib. Ətlərin istehlaka yararlılığının araşdırılması məqsədilə satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.