Alqoritmlər xəbər redaksiyaları üzərində hökmranlıq edir – Misirli nümayəndə

Baş səhifə

Bakı. Trend:

Alqoritmlər xəbər redaksiyaları üzərində hökmranlıq edir.

Trend xəbər
verir ki, bunu bu gün Misirin “Al-Ahram weekly” , Al-Ahram Online”
mediasının baş redaktoru Ezzat İbrahim “Dialoqun, əməkdaşlığın və
regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu
çərçivəsində keçirilən “Məsuliyyətli jurnalistika və rəqəmsal
innovasiya” adlı panel müzakirəsində bildirib.




O qeyd edib ki, süni intellektlə bağlı ortaya çıxan çağırışların
öhdəsindən gəlmək üçün strukturlaşdırılmış mexanizm lazımdır:

“Yetərincə tənzimləmənin olmaması və süni intellektin nəzarətdən
çıxması təhlükəli nəticələrə səbəb ola bilər. KİV sahəsində böyük
xaos yarana bilər. Sosial platformaların hökmranlığı gələcəkdə də
davam edəcək. Hökumətlər KİV sahəsini əvvəlki kimi tənzimləmək
iqtidarında olmayacaq və nəticədə KİV təsisatlarını bir araya
gətirmək məcburiyyəti ilə üzləşəcəyik. Bu qaydaların müzakirəsi
baxımından yeni mərkəzlərin yaradılması mühüm addım ola bilər. Bu
gün alqoritmlər xəbər redaksiyaları üzərində hökmranlıq edir və
ictimaiyyət KİV-lərin fəaliyyətindən razı qalmır”, – deyə o əlavə
edib.