
Bakı. Trend:
Son 5 ildə Azərbaycanın qeyri-neft ÜDM-i nominal ifadədə 63 %,
real ifadədə isə 34 % artıb.
Trend xəbər
verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü
plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2026-cı il üçün qeyri-neft vergilərinin
qeyri-neft ÜDM-də payı cəmi 13,1 % təşkil edəcək.
“Ümumilikdə, iqtisadiyyat üzrə vergi yükü 15-19 %, qeyri-neft
sektoru üzrə isə 13 % səviyyəsindədir. Bu, regionda ən aşağı vergi
yükü göstəricilərindən biridir.
2026-cı ildə dövlət büdcəsinin gəlirlərinin 57 %-i, icmal
büdcənin gəlirlərinin isə 63 %-i qeyri-neft sektorundan təmin
olunacaq.
Qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də payı 19 %-ə
endiriləcək və bu göstəricinin 2029-cu ilə qədər 13 %-ə salınması
hədəflənir.
Büdcənin cari xərclərinin qeyri-neft gəlirləri ilə ödənilməsi
səviyyəsi gələn il 88%-ə çatacaq və bu göstəricinin 2029-cu ilə
qədər 100 %-ə çatdırılması planlaşdırılır”, – deyə o qeyd edib.


