
Milli Məclisin və onun Aparatının saxlanması üçün 52,74 milyon manat təşkil edəcək. Bu smetanın ümumi məbləğinin 75–88%-i əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmaların payına düşür.
Modern.az-ın məlumatına görə, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis İşlər müdiri Firudin Hacıyev Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“2026-cı il üçün smetanın əksər xərcləri aşağıdakı sahələrə yönəlib:
– malların, iş və xidmətlərin alınması,
– dəftərxana və təsərrüfat ləvazimatları,
– kompüterlər, kartriclər, server avadanlıqları,
– mebel dəstləri, kristallar,
– nəqliyyat vasitələrinin əsaslı və cari təmiri,
– mətbəə və çap işləri,
– təmizlik və digər təsərrüfat xidmətləri” – deyə o qeyd edib.


