Ermənistanda Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb

Baş səhifə

Bakı. Trend:

Ermənistanın İstintaq Komitəsi rüşvət almaqda təqsirləndirilən
Gümrü şəhər meri Vardan Qukasyana qarşı yeni ittiham irəli
sürüb.

Trend bu barədə
Ermənistan KİV-ə istinadən xəbər verir.




Məlumata görə, bir müddət əvvəl həbs olunmuş mer informasiya və
kommunikasiya texnologiyalarından istifadə etməklə bir qrup şəxs
tərəfindən törədilmiş xuliqanlıqda ittiham olunur. Həmin ittiham
üzrə eyni zamanda Qukasyanın oğlu – Spartak Qukasyan həbs
olunub.

“İki şəxs barəsində aparılan cinayət işinin ilkin istintaqı
zamanı Ermənistan CM-in 297-ci maddəsinin 2-ci hissəsinin 1 və 3-cü
bəndləri üzrə (mer informasiya və kommunikasiya texnologiyalarından
istifadə etməklə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq)
cinayət işi başlanıb”, – Ermənistan İstintaq Komitəsinin mətbuat
katibi Kima Avdalyan bildirib.