
Azərbaycanda ixtisaslaşdırılmış çek hərracları vasitəsilə özəlləşdirilən müəssisələrin yarısı hazırda fəaliyyətini davam etdirir.
Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, indiyə qədər 1 454 ASC-nin nəzarət səhm zərfindən yuxarı hissəsi özəlləşdirmə çekləri vasitəsilə satılıb.
Hazırda həmin müəssisələrin təxminən 50 %-i ya profil üzrə, ya da istehsal və xidmət sahələrini icarəyə verməklə fəaliyyət göstərir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


