“Kəpəz” ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək

Baş səhifə
Kəpəz ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək

“Qəbələ” İK və “Kəpəz” PFK arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” klubunun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 13-cü turundan etibarən “Kəpəz” klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.