Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı
şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət
iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması
məqsədilə daha bir layihə icra edilir.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Qeyd edək ki, İnqilab İsmayılov küçəsindən Zığ
şosesinə çıxmaq istəyən sürücülər 1500 metr məsafə qət edərək Gəncə
prospekti ilə kəsişmənin yaxınlığındakı geriyədönmə yerindən
istifadə etməli olurlar. Əks istiqamətdə isə Zığ şosesindən İnqilab
İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan
şosesindəki dairəyə kimi 5,5 km izafi nəqliyyat yürüşü etməklə,
yaxud Gəncə prospektində yaşayış binalarının daxili yollarından
istifadə edir. Bu da həmin yolların yüklənməsinə səbəb olur.

Layihəyə əsasən, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə
birbaşa keçid təşkil edilir. Təhlillərin nəticəsinə əsasən, İnqilab
İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbə
sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir
konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması
ilə nizamlanan yol kəsişməsi yaradılır.




Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti
asanlaşacaq.

Tətbiq ediləcək dəyişikliklər barədə videoçarxda tanış ola
bilərsiniz:

https://www.youtube.com/watch?v=C7OrgZ8SHpc