İrandan ölkə ərazisinə külli miqdarda narkotik keçirilməsinin PUA ilə qarşısını alınıb

Baş səhifə

Bakı.Trend:

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının
“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam
Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin
Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı
alınıb.

Trend xəbər
verir ki, bu barədə DSX məlumat yayıb.




Bildirilib ki, əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi
çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram
marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram
metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi
aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.