
Bakı. Trend:
“Airbus” şirkətinin İdarə Heyətinin sədri Rene Oberman Berlində
keçirilən Təhlükəsizlik Konfransında çıxışında Avropanın Rusiyaya
effektiv müqavimət göstərməsi üçün taktiki nüvə silahının əldə
etməsinin vacibliyini vurğulayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiyanın Kalininqrad vilayətində
“İsgəndər-M” raketlərinə 500 –dən çox taktiki nüvə başlığı
yerləşdirməsi Avropa ölkələrinin “Axill dabanına” çevrilib.
O bildirib ki, bunun üçün Almaniya, Fransa, Böyük Britaniya və
digər maraqlı Avropa İttifaqı üzv dövlətləri nüvə qarşısının
alınması üzrə mərhələli vahid proqram haqqında razılığa
gəlməlidirlər.


