Qvatemalalı gözəllik kraliçası avtoqəzada həyatını itirib

Baş səhifə

Bakı. Trend:

Qvatemalada 15 yaşlı gözəllik kraliçası İvana Marsela Lopes
Murales ağır yol qəzasında həyatını itirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, onun idarəetdiyi motosiklet yüksək sürətlə pikapa
çırpılıb.




Bildirilir ki, hadisə yerinə gələn xilasedicilər Muralesə ilkin
tibbi yardım göstərsələr də, ciddi xəsarətlər səbəbindən o, hadisə
yerində keçinib. Pikap sürücüsü saxlanılıb. Qəzanın səbəbləri
araşdırılır.

Qeyd edilir ki, İvana Marsela Lopes Murales 2024-cü ildə
Nueva-Koncepsiyon şəhərində keçirilən Çiçəklər Festivalında
gözəllik kraliçası seçilmişdi.