Bakı. Trend:
Almaniyada kütləvi işdənçıxarma dalğası daha da güclənir. Ölkədə
88 müəssisə ümumilikdə 147 522 iş yerinin ixtisarını
planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə “Bild” qəzeti “Initiative Neue Soziale
Marktwirtschaft” lobbi təşkilatının araşdırmasına istinadən məlumat
yayıb.
Araşdırma 1 iyul 2024-cü ildən etibarən işçi ixtisarları ilə
bağlı bildiriş təqdim edən şirkətləri əhatə edir.
Siyahıda demək olar ki, bütün iqtisadi sektorlar yer alır:
avtomobil ehtiyat hissələri istehsalçıları, logistika və İT
şirkətləri, aviadaşıyıcılar, eləcə də kiçik maşınqayırma
müəssisələri.
Məlumata görə, təkcə “Deutsche Bahn” 30 min əməkdaşını,
avtomobil ehtiyat hissələri istehsalçısı “ZF” isə 14 min işçini
ixtisar etməyi planlaşdırır.

