FIBA Avropa Kuboku: “Abşeron Lions” “Neftçi”yə qalib gəlib

Baş səhifə
FIBA Avropa Kuboku: Abşeron Lions Neftçiyə qalib gəlib

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gəliblər.

“Report” xəbər verir ki, I qrupunda yer alan “Neftçi” “Abşeron Lions”la qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən matç “Abşeron Lions”un 95:86 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, bu komandaların qrupdakı ilk oyununda “Neftçi” 104:86 hesablı qələbəyə sevinib.