FIFA Malayziya Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayacaq

Baş səhifə
FIFA Malayziya Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayacaq

FIFA Malayziya Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayacaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Malayziya millisinin 7 futbolçusunun sənədlərinin saxta olması ilə bağlı iddialardır.

İddialara görə, 2027-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində Vyetnama qarşı oyunda Malayziya millisinin bəzi futbolçuları meydana çıxmaq üçün saxta sənədlərdən istifadə ediblər.

Bundan sonra futbolçular futboldan 12 aylıq zaqlaşdırılıblar. 7 oyunçunun hər birinin iştirak etdiyi matçda Malayziya millisi Vyetnamı 4:0 hesabı ilə məğlub edib.