Bakı. Trend:
24 noyabr 2025-ci il tarixində keçiriləcək. Danışıq bloku üzrə
qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata
keçirilir.
Trend xəbər
verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni
buradan çap edə bilərlər.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin
əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq
gətirməlidirlər.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər
arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.
İştirakçılar danışıq bloku üzrə kompüter proqramının “demo”
versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:
https://xaricidil.dim-webinar.info/
Namizədlərə danışıq bloku üzrə ümumi məlumat və imtahan
qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

