
Bakı. Trend:
Təyyarə qəzası ilə bağlı hərtərəfli araşdırma aparılır və Milli
Müdafiə Nazirliyi ictimaiyyətə geniş açıqlama verəcək.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində hakim partiyanın
parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
“Ötən həftə dualar və göz yaşları ilə torpağa tapşırdığımız 20
hərbçinin ailələrinə başsağlığı verirəm”, – Türkiyə Prezidenti
əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə
məxsus C130 tipli hərbi təyyarə Gürcüstan ərazisində qəzaya düşüb.
Hadisə nəticəsində 20 Türkiyə hərbçisi şəhid olub.


