
Bu ilin oktyabr ayı ərzində 44 nəfər Azərbaycana readmissiyası edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin 10 ayı ərzində ümumilikdə 423 nəfərin Azərbaycana readmissiyası baş tutub. Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edək ki, readmissiya prosesi Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


