Luizianada qanunsuz immiqrantlara qarşı genişmiqyaslı reydlər keçiriləcək

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası Luiziana ştatında
qanunsuz miqrantlara qarşı genişmiqyaslı əməliyyat hazırlayır.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən
sənədlər əldə edən Associated Press (AP) agentliyi xəbər verib.




Məlumata əsasən, “Bataqlıq Təmizləməsi” (Swamp Sweep) adlanan
əməliyyat iki ay davam edəcək. Növbəti bir neçə həftə ərzində ən
azı 250 sərhəd patrul agenti Luiziana ştatının Yeni Orlean şəhərinə
göndəriləcək. Birincisi, 21 noyabrda şəhərə gəlməyə və lazımi
avadanlıqları yerləşdirməyə başlayacaq. Əməliyyatın aktiv
mərhələsinin dekabrın 1-də başlaması gözlənilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına təxminən 5000 nəfəri
saxlamaq tapşırılıb.